Türkiyə Rusiya ilə qaz qovşağının yaradılmasının təfərrüatını açıqlayıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiya ilə qaz qovşağı ilə bağlı danışıqlarda problemin olmadığını bildirib.
Ankara ümid edir ki, qaz qovşağı infrastruktura qoyulan sərmayələrlə qazın qiymətlərini müəyyən edən mərkəzə çevriləcək. Həmçinin Türkiyə təbii qaz idxalının həcmini indiki 50 milyarddan 70-80 milyard kubmetrə çatdıra biləcək. Onun sözlərinə görə, yaxın vaxtlarda Ankara “Qazprom” və Türkiyənin BOTAŞ şirkəti arasında qovşağın yaradılması məsələsində işi davam etdirəcək.
“Ruslarla birlikdə yaratmağı planlaşdırdığımız Qaz Ticarət Mərkəzi və ya platforması üçün şirkət yaratmağı planlaşdırırıq. BOTAŞ – “Qazprom” ortaqlığı davam edəcək. Bizim ruslara məxsus ərazi ilə problemimiz yoxdur. Qiymət razılaşdırıldıqdan sonra qaz alqı-satqısı həyata keçiriləcək”, – nazir “Milliyet” qəzetinə müsahibəsində bildirib.