Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: “Ermənilər atəşkəsi 203 dəfə pozublar”

0
320

Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan indiyədək erməni qüvvələrinin 203 dəfə atəşkəsi pozduğunu qeydə alıb.

Bununla bağlı “TRT Haber” telekanalının mərkəzə ezam olunmuş əməkdaşı Fatih Avanosu məlumat verib.

O, bu mərkəzin 11 aydır fəaliyyət göstərdiyini, burada 60 türkiyəli hərbçinin xidmət etdiyini bildirib.

F.Avanosu qeyd edib ki, atəşkəs pozuntuları barədə həm Azərbaycan, həm də Ermənistan tərəfinə məlumat göndərilir.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayıb. Hazırda mərkəzdə 60 rusiyalı və eyni sayda türkiyəli hərbçi xidmət edir. Onlar PUA-lar vasitəsilə atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.