Türkiyə Silahlı Qüvvələrin Dağlıq Qarabağa göndərilməsi üçün lazım olan səlayhiyyətin verilməsi üçün sənəd hazırlanır.
Rəcəb Tayyib Ərdoğanın imzası ilə hazırlanan “səlahiyyət sənədi”ndə Türkiyənin Dağlıq Qarabağdakı mövqeləri və neçə hərəkət edəcəyi ilə bağlı məlumatlar öz əksini tapacaq.
Həmçinin “səlahiyyət sənədi”nin istifadə məqsədinin detalları da açıqlanacaq.
Məlumata görə sənəd bu həftə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.