Türkiyə Qəzzaya humanitar yardım göndərdi

0
215

Qəzza zolağının sakinləri üçün humanitar yardım çatdıran Türkiyə Prezident Administrasiyasının təyyarəsi Misirə uçub.

Bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddın Qoca “X” sosial şəbəkəsində bildirib.

Nazir bildirib ki, humanıtar yardıma Fələstin anklavının əhalisi üçün dərman və tibbi ləvazimatlar daxildir.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 20 mütəxəssisdən ibarət həkim qrupu var.

Nazir əlavə edib ki, “Əl Ariş” hava limanında və “Rəfah” keçid məntəqəsində Türkiyə səhra xəstəxanalarının yaradılması üçün texniki-iqtisadi əsaslandırmanın aparılması da planlaşdırılır.