Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

0
166

İsrail Müdafiə Nazirliyi yanında Regionlarda Hökumət Fəaliyyətlərinin Koordinasiyasının internet saytında dərc edilən məlumatlara görə, Türkiyə İsrailin hücumları altında olan Qəzza zolağına ən çox humanitar yardım çatdıran ikinci ölkə olub.

İsrailin çox az miqdarda daxil olmasına icazə verdiyi yardımların 27 faizi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ), 19 faizi isə Türkiyədən göndərilib.

Bundan əlavə, Qəzza zolağına girməyə icazə verilən 74 təcili tibbi yardım maşınından 7-si Türkiyə tərəfindən bağışlanıb. Türkiyə, Misir və BƏƏ-nin koordinasiyası ilə 3204 xəstə və yaralı Qəzza zolağından ölkə xaricində müalicə olunmaq üçün təxliyə edilib.

Türkiyə İsrailin hücumları başlayandan bəri Misirlə koordinasiyalı şəkildə Qəzzaya hərtərəfli humanitar yardım çatdırmağa davam edir.