Türkiyə hərbçiləri Suriyada “Zeytun budağı” əməliyyatı bölgəsində PKK/YPG qruplaşmasına qarşı əməliyyat keçirib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı bölgədə müxtəlif terror aktları həyata keçirməyə cəhd edən 2 PKK/YPG üzvü zərərsizləşdirilib.
***
Türkiyə Müdafiə Nazirliyi İraqın şimalındakı Avaşin bölgəsində də PKK-ya qarşı əməliyyat keçirildiyini açıqlayıb.
Nazirlik bildirib ki, PKK hədəflərinə aviazərbələr endirilməsi nəticəsində 3 terrorçu ölüb.
Bölgədə əməliyyatların davam edəcəyi qeyd edilib.