Türkiyə parlamentinin Azərbaycanla bağlı sənədi müzakirə edəcəyi saat AÇIQLANDI

0
334

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın  Azərbaycanla bağlı Böyük Millət Məclisinə göndərdiyi sənəd bu gün Bakı vaxtı ilə saat 16-00-da  müzakirəyə çıxarılacaq”.

Bu barədə  Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Türkiyəli deputation sözlərinə görə, çox güman ki, Türk əsgərinin Qarabağa göndərilməsini nəzərdə tutan sənəd sənəd müzakirələrdən sonra təsdiq olunacaq.
 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanla bağlı sənədi dünən Böyük Millət Məclisinə göndərib.

Sənəd Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsini nəzərdə tutur.