
Türkiyə Xüsusi Təyinatlı Qüvvələri Suriyanın şimalında 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter səhifəsində məlumat yayıb.
“Qəhrəman komandolarımız “Barış Pınarı” əməliyyatı bölgəsində terror aktına hazırlaşan 3 PKK/YPG terrorçusunu atəşə dəstək vasitələri ilə zərərsizləşdirib” – məlumatda qeyd olunub.