Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl növbədənkənar prezident seçkiləri üçün ümummilli imzatoplama kampaniyasına başladığını açıqlayıb.
O, bu barədə həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək üçün İstanbulda keçirilən mitinqdə çıxışı zamanı məlumat verib.
O, TRT, “CNN-Türk”, NTV, TGRT, “A Haber”, “Beyaz TV”, həmçinin “Dəmirörən” və “Turkuvaz” media qrupları da daxil olmaqla hökumətyönlü media qurumlarını boykot etməyə çağırıb.
Onun sözlərinə görə, CHP Türkiyə əhalisinin əksəriyyətindən imza toplamaq məqsədini hazırkı hökuməti devirmək və növbədənkənar seçkilər keçirməkdir.
Özəl Maltəpədə (İstanbulun Asiya tərəfində) mitinqdə iştirak edənlərin sayını 2,2 milyon nəfər olaraq qiymətləndirib.