
Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK terrorçularının zərərsizləşdirildiyi görüntüləri paylaşıb.
Nazirliyin “Twitter” səhifəsində qeyd edilib ki, terrorçuları zərərsizləşdirmək məqsədi ilə fevralın 10-da başladılan “Pençe Qartal-2 Hərəkatı” sona çatıb.
PKK-nın xain hücumu nəticəsində 13 Türkiyə vətəndaşı öldürülüb, 53 terrorçu Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilib.