Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı belə təbrik etdi

0
589

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Tvitter hesabında paylaşım edilib.

“Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü münasibətilə təbrik edirik. “Bir millət – iki dövlət” prinsipi əsasında qardaşlarımızın yanında olmağa davam edəcəyik”, – təbrikdə qeyd olunub.