Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Twitter” hesabından paylaşım edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Paylaşımda faciəni həyata keçirənlərin unudulmayacağı vurğulanıb:
“28 il əvvəl Dağlıq Qarabağın Xocalı qəsəbəsində ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilən soydaşlarımızı rəhmətlə anırıq. “Tək millət, iki dövlət”, – deyərək azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə olmağa davam edəcəyik və bu qətliamı həyata keçirənləri unutmayacağıq”.