Türkiyə kəşfiyyatından İsrailə xəbərdarlıq: Buna etsəniz, ciddi nəticələri olacaq

0
236

Türkiyə kəşfiyyatı İsraili Türkiyədə yaşayan HƏMAS üzvlərini təqib etməsinin “ciddi nəticələri” barədə xəbərdarlıq edib.

Bu barədə “Habertürk” məlumat yayıb.

İsrailin kəşfiyyat xidmətləri Qəzzada müharibə başa çatdıqdan sonra bütün dünyada Fələstin HƏMAS hərəkatının liderlərini məhv etməyə hazırlaşdığını bildirib. “Wall Street Journal” İsrail rəsmilərinə istinadən xəbər verib ki, xüsusilə, Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin izinə düşmək üçün planlar hazırlanır. Qəzet yazır ki, İsrail Qəzzadakı hərəkatın liderlərini ələ keçirib məhv etməyə çalışır.

“Türkiyə kəşfiyyatındakı mənbələr, İsrailin Fələstindən kənarda, o cümlədən Türkiyədə yaşayan HƏMAS üzvlərini təqib edəcəyinə dair beynəlxalq mediada çıxan xəbərlərlə bağlı İsrail rəsmilərinə lazımi xəbərdarlıqların edildiyini bildirib. Xəbərdarlıq edilib ki, belə bir mövqenin ciddi nəticələri olacaq”, – telekanal kəşfiyyat orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Kanalın həmsöhbəti xatırladıb ki, “müxtəlif xüsusi xidmət orqanları əvvəllər Türkiyə Respublikası ərazisində qanunsuz fəaliyyət göstərməyə cəhd ediblər”.