Türkiyə iqtisadiyyatı hegemonları geridə qoydu

0
785

Dünya heç nəyin əvvəlki kimi olmadığı bir dövrə qədəm qoyub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“COVİD-19 pandemiyası həyatımızın hər sahəsini dərindən sarıb. İqtisadiyyatdan turizmə kimi pandemiyanın mənfi təsirlərini hiss edirik. İqtisadi göstəricilərə əsasən, virusun ABŞ, Almaniya, Yaponiya kimi böyük dövlətlərə də mənfi təsir etdiyini görmək olar. Cari ilin 2-ci rübündə Almaniya iqtisadiyyatı 11,7, Fransa 19, İspaniya 22,1 faiz azalıb. Türkiyə iqtisadiyyatı isə ilin ilk rübündə 4,4 faiz artsa da, ikinci rübdə 9,9 faiz azalma ilə bu ölkələrdən fərqlənib”, – Ərdoğan bildirib.