Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının prezidenti Həsən Ruhani iki ölkə arasında hava sərhədinin açılması məsələsini müzakirə ediblər.
“Mövcud şəraitdə tibbi qaydalara uyğun olaraq quru və hava sərhədlərinin açılması, ticarətin və malların daşınmasının bərpa edilməsi zəruridir”, – deyə Ruhani bildirib.
Öz növbəsində, Türkiyə prezidenti bu məqsədlə lazımi sərəncamların veriləcəyini qeyd edib.
Dövlət başçıları həmçinin, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı birgə mübarizəni və ikitərəfli əlaqələri müzakirə ediblər.