Türkiyə donanması 10-11 avqust tarixləri arasında Aralıq dənizi sahilində döyüş atışlı təlim keçəcək.
Türkiyə Hərbi Dəniz Qüvvələri NAVTEX sistemi vasitəsilə təlimin keçiriləcəyini bəyan edib.
Türkiyə donanmasının hərbi təlim keçiriləcəyini elan etməsi Yunanıstan və Misirə cavab olaraq dəyərləndirilir.
Qeyd edək ki, Misir və Yunanıstan arasında eksklüziv iqtisadi zona haqqında müqavilə imzalanıb. Türkiyə XİN açıqlamasında sözügedən müqavilənin heç bir hökmünün olmadığını bəyan edib.