Türkiyə Gürcüstanın axtarışa verdiyi bu “qanuni oğru”nu həbs etdi

0
12

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Rusiya tərəfindən terrora görə axtarışda olan cinayətkarın nəzarətə götürüldüyünü açıqlayıb. 

Müvafiq məlumat nazirin “X” sosial şəbəkəsində dərc olunub.

Beynəlxalq terrorizmdə ittiham olunan şəxsin Hatay vilayətində saxlanıldığı dəqiqləşib. Moskva onu İnterpolun “qırmızı bülleteni”nə salıb. Cinayətkar haqqında məlumatlardan yalnız onun baş hərfləri məlumdur: L.R.

Bundan başqa, Gürcüstan tərəfindən axtarışda olan “qanuni oğru” Antalyada saxlanılıb. Yerlikaya saxlanılan şəxsin əsasən Rusiyada fəaliyyət göstərdiyini qeyd edib.