“Best model Türkiye” yarışmasının birincisi əslən azərbaycanlı 15 yaşlı Melisa İrmak haqqında deyilənlərin yalan olduğunu bildirib.
O, haqqında deyilən estetik iddialarını yalanlayıb. Bu haqda açıqlama verən Melisa hələ 15 yaşında olduğu üçün estetik etdirməyinin mümkün olmadığını bildirib:
“Haqqımda dediyiniz xoş sözlər üçün təşəkkür edirəm. Mənfi fikir söyləyənlərə isə heç nə deyə bilmərəm. Təbii ki, heç bir estetik əməliyyat etdirməmişəm, hələ 15 yaşındayam. Boyum 1.80, çəkim isə 52-dir”.