Türkiyə-Ermənistan sərhədi açılır? – Xüsusi protokollar mübadiləsi başladı

0
95

Ermənistan və Türkiyə hazırda Ani yaxınlığındakı tarixi körpü ilə bağlı protokollar mübadiləsi aparır.

Bunu martın 15-də parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“İrəvan və Ankara Ani yaxınlığındakı körpünün birgə təmiri ilə bağlı razılığa gəliblər. Hazırda biz bu körpü ilə bağlı xüsusi protokollar mübadiləsi aparırıq. Bu işin necə optimal şəkildə təşkil oluna biləcəyini anlamaq lazımdır”, – Mirzoyan bildirib.

Sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı razılaşmaya gəlincə, XİN rəhbəri bildirib ki, qismən açılış hələ də həyata keçirilməyib.