Türkiyə də vətəndaşlarına müraciət etdi: Bu ölkəyə getməyin!

0
75

İsrail və İran arasında artan gərginliklə yanaşı, müharibənin Livana da sıçrayacağı qorxusu artıb. Bir çox ölkələr, o cümlədən Türkiyə vətəndaşlarını Livana getməməyə, hazırda orda olanlara isə ölkəni təcili tərk etməyə çağırır. Lakin Türkiyə Xarici İşlər Nazirliyi hələlik təxliyə əməliyyatına başlamayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli sosial şəbəkədə paylaşım edib.

“Vətəndaşlarımız çox zərurət olmadıqca Livana səyahət etməkdən çəkinməlidirlər. Livandakı vətəndaşlarımıza isə ehtiyatlı olmaları, ehtiyac olmadığı təqdirdə Nabatiye, Cənubi Livan, Bekaa və Baalbek-Hermel əyalətlərinə getməmələri tövsiyə olunur. Livanda qalmağa ehtiyacı olmayanlar mümkünsə ölkəni tərk etməlidirlər”, – deyə sözçü deyib.