Rumıniyanın baş naziri Marsel Çiolaku bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qonağı olacaq.
Ərdoğan Çiolakunu Prezident Sarayında rəsmi mərasimlə qarşılayacaq.
İkitərəfli və nümayəndə heyətləri arası görüşlərdən sonra Rumıniya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası keçiriləcək. Daha sonra müqavilələr üçün imzalanma mərasimi baş tutacaq və iki lider birgə mətbuat konfransı keçirəcək.
Səfərdən əvvəl Rumıniya vətəndaşları üçün viza rahatlığı tətbiq edilib. Prezidentin fərmanı “Rəsmi Qəzet”də dərc olunduqdan sonra qərar qüvvəyə minib. “Qanunun 18-ci maddəsinə uyğun olaraq, Rumıniya şəxsiyyət vəsiqəsi sahibi olan vətəndaşlara hər 180 gün ərzində maksimum 90 gün qalma müddəti ilə Türkiyəyə turistik səfərləri və tranzit biletləri üçün vizadan azad edilməsi qərara alınıb. Qərar 6458 saylı “Əcnəbilər və beynəlxalq müdafiə haqqında” qanunun 18-ci maddəsinə əsasən verilib”, – fərmanda qeyd olunub.