Türkiyə başına 500 min qoyulan terrorçunu məhv etdi

0
264

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən “Ərən-13” antiterror əməliyyatları çərçivəsində zərərsizləşdirilən terrorçulardan birinin qırmızı bülletenlə axtarışda olduğu məlum olub.

Əməliyyatlar çərçivəsində “Terrorizmə görə axtarışda olanlar siyahısı”nda yer alan, eyni zamanda İnterpolun qırmızı bülletenlə axtardığı “Herdem Amed” kod adlı Veysəl Akkuş da məhv edilən terrorçular arasında olub.

Onun başına 500 min lirə pul mükafatı da qoyulduğu bildirilib.Qeyd edək ki, V. Akkuş müxtəlif illərdə Diyarbəkir və Ərzurum şəhərlərində baş verən terror aktlarının təşkilatçılarından olub.