Türkiyə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır – Nazir

0
366

Türkiyə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) ildə 31 milyard kubmetr qaz potensialını maksimum dərəcədə artırmaq üçün Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Bu barədə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci iclasında Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“Enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə bağlı problemlər nəzərə alınmaqla region ölkələri arasında əməkdaşlıq ildən-ilə artır. İqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylər fonunda dünya enerjisinin transformasiyası bütün ölkələr üçün ən zəruri ehtiyacdır”, – deyə Nazir qeyd edib.

Nazirlik rəhbəri bildirib ki, qlobal pandemiya fonunda müşahidə olunan iqtisadi tənəzzül enerji sektoruna da təsir edib. Lakin 2020-ci ildə qlobal enerji tələbatının 4 faiz azalmasından sonra sürətli bərpa prosesi başlayıb. Onun sözlərinə görə, bərpa prosesi sürətli, lakin qeyri-müntəzəm aparılır:

“Bir daha xatırlatmaq istəyirəm ki, Cənub Qaz Dəhlizi layihəsi Türkiyə və Azərbaycanın siyasi dəstəyi olmasaydı, mümkün olmazdı. Türkiyə Aİ-yə tədarükün təhlükəsizliyini artırmaq baxımından ən etibarlı limandır. Türkiyə infrastruktur investisiyalar və beynəlxalq layihələrdəki uğurları ilə etibarlılığını sübut edib”.