Türkiyə Azərbaycanı hərbi təlimlərə dəvət etdi

0
544

1,5 ildir beynəlxalq hərbi əməliyyata çevrilməsi üçün fəaliyyəti aparılan “Aralıq dənizi Qalxan Hərəkatı”nın hərbi təliminin ilk iştirakçısı Pakistan dövləti olacaq.

Hazırda “Şərqi Aralıq dənizi – 2019” sınaqlarında iştirak edən Pakistan xüsusi təyinatlıları təlimdən sonra “Aralıq dənizi Qalxan Hərəkatı”na qatılacaq.

Türkiyənin Şərqi Aralıq dənizində təhlükəsizliyi təmin etmək məqsədilə 2016-cı ildən başlatdığı təlimləri şəxsi imkanları hesabına həyata keçirir.

Təlimlərin beynəlxalq miqyasda tanınması Azərbaycan, Albaniya, Əlcəzair ,Gürcüstan, Liviya, Livan, Pakistan, Tunis və İordaniyanın hərbi hərəkatlara qoşulmaları nəticəsində əldə olunub.