Türkiyə 5 ölkənin vətəndaşlarına sərhədlərini bağladı

0
297

Türkiyə koronavirusun yeni ştammının yayılması səbəbilə beş ölkədən gələn əcnəbilər üçün sərhədlərini bağlayıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün tvitter səhifəsində yazıb.

“Bu gecədən etibarən koronavirusun yeni ştammının yayılması səbəbilə Botsvana, CAR, Mozambik, Namibiya və Zimbabvedən ölkəmizə quru, hava, dəniz və dəmir yolu vasitəsilə səyahət etmək qadağan edilir”.