Türkiyə əleyhinə sənəd: 3 ölkə imzaladı, 2-si özünü “dost” adlandırır

0
76

Türkiyə boğazlarını sıradan çıxarmaq planı rəsmiləşib. Üç ölkənin iştirak etdiyi layihənin planını regionda həm hərbi, həm də siyasi cəhətdən nüfuzlu olan ABŞ-ın irəli sürdüyü bildirilir. 

Bu barədə “BİRLİK” qəzeti yazıb.

Bildirilir ki, üç ölkə “Ahəngləşdirilmiş Hərbi Mobillik Dəhlizi” yaratmaq üçün Niyyət Məktubunu (LoI) imzalayıb. Yunanıstan, Bolqarıstan və Rumıniyanın imzaladığı bu məktub Bosfor boğazından yan keçərək hərbi yerləşdirmələrini asanlaşdırmaq məqsədi daşıyır.

Niyyət məktubu Saloniki və Aleksandrupoli kimi bölgələrdə avtomobil və dəmir yolu dəhlizlərinin, infrastruktur və şəbəkələrin yaxşılaşdırılmasına yönəlib.

Yunanıstanın müdafiə naziri Dendiasın təklifindən sonra üç müdafiə naziri gələn ilin payızında Aleksandrupolidə üçtərəfli görüş keçirəcək. Burada Niyyət Məktubunda qeyd olunan məqsədləri həyata keçirmək üçün yollar axtarılacaq.

Xatırladaq ki, Nikos Dendias, Rumıniya müdafiə naziri Angel Tylvar və Bolqarıstan müdafiə naziri Atanas Zaprianov arasında 10 iyul 2024 tarixində NATO sammiti çərçivəsində görüş keçirilib. Niyyət Məktubu da bu görüş zamanı imzalanıb.