
Liviya Milli Ordusu Türk pilotsuz təyyarəsinin məhv edildiyini bildirib.
Bu barədə ordu marşalı Xəlifə Həftər açıqlama verib:
“Minaatan mərmi daşıyan bir türk pilotsuz təyyarəsi vuruldu. Bu, barışığın pozulmasıdır. O, Abdullah əl-Utayrinin bir dəstəsi tərəfindən vurulub”.
Qeyd edək ki, Türkiyə Liviyanı ələ keçirməyə çalışan Xəlifə Həftərə qarşı mübarizə üçün hərbiçilərini Liviya ordusuna dəstəyə göndərmişdi.