Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.
Qonaqlar ilk öncə Ağdam Cümə məscidində olublar. Nümayəndə heyəti Ağdamda Ermənistanın dağıtdığı binları öz gözləri ilə görüblər. Daha sonra Pənahəli xanın məqbərəsinə səfər ediblər.
Nümayəndə heyətinə TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və İrsi Fondunun prezideni Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, XİN-in İkinci Avropa idarəsinin müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktoru Fərrux Cumayev və digər şəxslər daxildir.
Nümayəndə heyəti Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.