TÜRK QƏHRƏMANLIĞINDAN BƏHS EDƏN «SONUNCU ƏMR» ROMANI GƏLƏCƏYƏ BİR MESAJ KİMİ…

0
122

Kitabda Türkiyə-Azərbaycan qardaşlığından, iki ölkənin hərb tarixindən və Qarabağdakı döyüş əməliyyatlarında bu təcrübədən məharətlə istifadə edilməsi şərh edilib…

Azərbaycanın Dövlət Mükafatları Komissiyasının ədəbiyyat üzrə müsabiqəsində yer alan əsərin müzakirələri istər müxtəlif regionlarda, istərsə də Bakıda geniş oxucu kütləsi tərəfindən müsbət qarşılanmaqdadır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2 nömrəli kitabxana filialında keçirilmiş görüş də maraqlı anları ilə yadda qaldı. İctimai müzakirə kitabxananın müdiri, informasiya və texnologiyalar üzrə mütəxəssis  Yəmən Əmirovanın dəvəti ilə bu məkanda baş tutdu. Qonaqlar təqdim olunandan sonra ilk çıxış edərək roman haqqında qısa bilgi verən əsərin müəllifi Asif Mərzili bildirdi ki, Dövlət mükafatına təqdim edilən əsər haqqında təqdimat Prezidenti Xalq yazıçısı Çingiz Abdullayev olan  Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi  (DAMM) tərəfindən verilmişdir. Tədbirdə də DAMM-ın I vitse- prezidenti Ruhiyyə Poladova çıxış edərək əsərə Xalq yazıçısı Çingiz Abdullayev tərəfindən yüksək rəy və təqdimat verildiyini bildirərək, əsərin müəllifinə daha böyük yaradıcılıq uğurları dilədi.

Sonra “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov, böyük kitabxana təcrübəsi olan Afət Agayeva, DAMM-nin Ekspertlər Şurasının sədri, “Tərəqqi” medallı,”İlin müəllimi’, yazıçı-publisist Nəzakət Əhmədova, filoloq-mütəxəssis və kitabxananın fəal oxucusu Aybəniz Əliyeva və başqaları çıxışlarında kitabdakı real hadisələr haqqında maraqlı faktlardan söhbət açdılar.

Daha sonda söz açan romanın müəllifi- Dünya Türk Qəzetçilər Birliyinin və Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyənin dörd saytının köşə yazarı Asif Mərzili əsərin yazılma səbəblərindən, onun ərsəyə gətirilməsində Vətən Müharibəsi Qəhrəmanı (ölümündən sonra) Orxan Əkbərovun həyat yoldaşı, tibb mütəxəssisi Nuranə Əkbərovanın dəstəyindən danışdı… Çıxışçılar əsərin səhnələşdirilməsini, bədii filmin çəkilişini zəruri hecab etdilər. Eyni zamanda, ali və orta məktəblərdə əsərin geniş müzakirələrinin keçirilməsini də vacib bildilər.  Sonda əsərdən bəzi hissələr kitabxananın oxucuları tərəfindən səsləndirildi. İctimai müzakirənin sonluğunda xatirə şəkilləri çəkdirildi. Hamılıqla Türkiyə və Azərbaycan Prezidentlərinin qardaşlığından dərin hörmət və sayğı ilə danışıldı…

Növbəti tədbir isə Yasamal MKS-nin 4 saylı kifabxanasının X.Natəvan adına filialında keçirildi. Tədbiri kitabxananın müdiri – şəhid baş leytenant Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva açdı. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla anıldı. Daha sonra Dövlət Himni oxundu. 

Tədbirdə tanınmış ziyalılar, fəal oxucular, media nümayəndələri və Telman Abbasov adlna 225 nömrəli məktəbin şagirdləri (“Kiçik Akademiya»nın üzvləri) iştirak edirdilər.  Kitabxananın əməkdaşı Ədilə Məmmədova roman haqqında müsbət rəyini bildirdi. Baş kitabxanaçı Hilanə Babayeva kitabdakı hadisələri kövrək hisslərlə qonaqların diqqətinə çatdırdı. Əsəri geniş təhlil etdi və müəllifə ugurlar dilədi.  Məktəblilərdən 8a sinif şagirdləri – Zəhra Gülməmmədova, Vüsal Məmmədəliyev, Böyükağa Kazımlı, Zəhra Fərəcova və başqaları vətənpərvər çıxışları ilə yadda qaldılar.

Sonra çıxış edənlər- DAMM-nin I vitse-prezidenti Ruhiyyə Poladova, DAMM-nin EŞ-nın sədri Nəzakət Əhmədova, “Carçı” jurnalının təsisçisi və baş redakroru Gülnarə Əmirquliyeva, “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli, “Azərbaycan -İraq” İB-nin sədri Tahirə Məmmədova, “Təzadlar” qəzetinin şöbə müdiri Yasəmən Məmmədli, ehtiyatda olan zabit Vahid Məhərrəmli, “Əkinçi” Təhsil, Ekologiya və  Sosial Tərəqqi naminə  İctimai Birliyinin (“Əkinçi” TEST İB)  təsisçisi Qumru Səlimova, həmin İB idarə heyətinin sədri Azər Alısoy və  başqaları öz çıxışlarında kitab haqqında qənaətlərini bölüşdülər. Bildirdilər ki, roman Azərbaycanın 30 il işğal altında qalmış Qarabağ bölgəsində işğalçı Ermənistan üzərində tarixi qələbəmizdən bəhs edən ilk bədii roman olduğundan, əsər gənc nəsil üçün örnək, onların vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi önəm daşıyır.

Müəllif sonda onu da bildirdi ki, kitab Türkiyə oxucularına da çatdırılması üçün Türkiyə türkcəsində çap ediləcək. Eləcə də ingilis və rus dillərinə tərcümə edilməsi nəzərdə tutulub…

Çıxışçılar müəllifə müsabiqənin qalibi olmağı arzuladılar…

Nəzakət Eminqızı,

yazıçı- publisist