Türk polkovnikdən Qarabağdakı durumla bağlı açıqlama

0
482

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində müşahidələr aparılır.

Bunu Türkiyə Silahlı Qüvvələrinin polkovniki Əli Karakaş Ağdam rayonu ərazisində yerləşən Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, əsas vəzifələri bölgədə silahlı qarşıdurmaya son vermək, atəşkəsə nəzarət etməkdir:

“Mərkəzdə atəşkəsin pozulub-pozulmaması ilə bağlı məlumatlar toplanılır, doğru olub-olmaması müəyyənləşdirilir. Pilotsuz uçuş aparatları və digər mənbələrdən alınan məlumatlar qeydiyyata alınır. Bundan sonra araşdırılır və atəşkəsin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görülür”.

Rusiya ordusunun polkovniki Mixail Zavalkin isə həftənin 7 günü 24 saat pilotsuz uçuş aparatları ilə müşahidə aparıldığını vurğulayıb:

“Bu günədək hər hansı pozuntu təsbit etməmişik”.