Türk mediasında şəhidlərimizlə bağlı yanlışlıq…

0
627

Dünən şəhidlərimizin sayı 11 olub, bu gün daha 1 şəhid verdik, 2 nəfər mülki vətəndaşımız da (Ağdam kənd sakini Əzizov Əziz mərmi qəlpəsindən, “Bozqurd”Asif ürək tutmasından) müharibə şəraiti ilə bağlı dünyasını dəyişib.

Bu açıqlamanı millət vəkili Arzu Nağıyev paylaşıb.

“Türk media qurumlarından birinə verdiyim açıqlamamda texniki səhv olub, şəhidlərin sayı yanlış bildirilib. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Əsas məqam odur ki, Azərbaycan Ordusu ərazidə nəzarəti tam şəkildə ələ alıb, erməni hərbçilərinin təxribatının qarşısı tam alınıb. Azərbaycan Ordusu yüksək peşəkarlıqla öz işini görür, ordu rəhbərliyi, istərsə də sakinlər mütəşəkkildirlər, bu istiqamətdə lazımi tədbirlər görülür,erməni təxribatlarının qarşısı qətiyyətlə alınır. Vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır”, – A.Nağıyev qeyd edib.