Türk Hava Yolları təyyarəsində kabin heyətinə hücum edildi: Təcili eniş etdilər

0
134

İstanbul-Sinqapur reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsində kabin heyətinə hücum edilib.

THY təyyarəsi Hindistanın Çennai hava limanına məcburi eniş edib.

THY-nin TK-54 nömrəli “Boeing 777-300 ER” təyyarəsi 345 sərnişinlə Sinqapura uçmaq üçün İstanbul Hava Limanından qalxıb. Təyyarə Hindistan hava məkanına çatdığı zaman sərxoş olduğu aşkarlanan sərnişinlərdən biri kabin heyəti ilə mübahisə etməyə başlayıb.

O, heyətə hücum edib, sonra isə özünə xəsarət yetirməyə başlayıb. Təyyarənin kapitan pilotu Çennai hava limanı ilə əlaqə saxlayıb və vəziyyətlə bağlı məlumat verib. Polis qruplarından dəstək istəyib.

Nəticədə təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib. Təyyarədə insident törədən sərxoş sərnişin isə nəzarətə götürülüb.