Türk güləşçi ilə erməni arasında dava

0
56

Tiranada (Albaniya) keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında erməni güləşçi Leva Gevorqyanla Türkiyə təmsilçisi Hakan Büyükçingil arasında dava olub.

125 kq çəki dərəcəsində təsnifat mərhələsinin görüşü zamanı erməninin təxribatına cavab olaraq Böyükçinqil Gevorqyanı itələyib.

Bundan sonra onlar arasında əlbəyaxa dava baş verib. Hər iki güləşçi nalayiq davranışa görə Dünya Çempionatından diskvalifikasiya edilib.

23 yaşadək güləş üzrə dünya çempionatı 2024-cü il oktyabrın 21-dən 27-dək Tiranada keçirilir.