Türk Dövlətləri Təşkilatı: Azərbaycanla ortaq dil üçün işləməyə davam edəcəyik

0
309

“Qazaxıstanda baş verənlər bizi kədərləndirir. Oradakı bacı-qardaşlarımızın daha çox çətinlik və maneə olmadan hər şeyin normal vəziyyətə dönməsi ən böyük arzumuz, ən böyük gözləntimizdir. Bizim dualarımız və dəstəyimiz qazax xalqı ilədir. Türk Dövlətləri Təşkilatı (TDT) olaraq Qazaxıstan, Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və müşahidəçi üzv Macarıstanla ortaq dil, ünsiyyət yaratmaq üçün işləməyə davam edirik və davam edəcəyik”.

Bu sözləri Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım Qazaxıstandakı etirazlardan danışarkən deyib.

O, qeyd edib ki, TDT Qafqaz, Orta Asiya regionunun inkişafı, tərəqqisi, iqtisadiyyatının güclənməsi naminə fəaliyyətini davam etdirəcək.