Tunis sahillərində gəmi çevrildi, azı 61 nəfər öldü

0
426

Tunis sahillərində Afrikadan olan miqrantların olduğu gəmi çevrilib. Nəticədə azı 61 nəfər ölüb.

Bundan əvvəl “AFP” 52 nəfərin öldüyünü bildirmişdi.

Gəminin çevrilməsi nəticəsində boğulanların arasında bir uşağın olduğu da bildirilir. “Reuters”in məlumatına görə, miqrantlarla dolu olan gəmi ötən həftənin sonlarında Tunisin Kerkenna arxipelaqından çıxaraq İtaliya sahillərinə doğru istiqamətlənib.