Tuneldə 30 maşının toqquşması nəticəsində 43 nəfər yaralanıb, azı dörd nəfər həyatını itirib.
“HaberGlobal”ın məlumatına görə, dəhşətli hadisə Cənubi Koreyada iki şəhəri birləşdirən yeraltı yolda baş verib.
Kadrlardan görünür ki, əvvəlcə yük maşını avtomobilə çırpılıb, bundan sonra zəncirvari qəza baş verib.
Hadisə nəticəsində bəzi maşınlar alova bürünüb. Xüsusən azot turşusu daşıyan yük maşının qəzaya düşdüyü yerdə ölüm halları çox olub.