Tükənməkdə olduğunu bilmədiyimiz altı şey

0
611

Bəzi ehtiyatların çatışmazlığı getdikcə daha artan kəskinliklə hiss olunmağa başlayır.

Ola bilsin ki, su, neft qıtlığı, arılar nəslinin azalması barədə eşitmisininz, lakin çatışmazlığı hiss olunan ehtiyatların siyahısı daha genişdir.

Burada onlardan altısı qeyd olunub.

1. Kosmik orbitdə boş məkan

Kosmik orbitdə obyektlərin toqquşması mobil telefonlarımızın rabitəsini təmin edən şəbəkənin işini poza bilər.
Kosmik orbitdə obyektlərin toqquşması mobil telefonlarımızın rabitəsini təmin edən şəbəkənin işini poza bilər

2019-cu ildə Yer kürəsi ətrafındakı kosmik orbitdə təxminən 500000-dək obyekt qeydə alınıb.

Onlardan yalnız 2000 ədədi faydalı obyektlərdir: rabitə, GPS və elmi məqsədlər üçün istifadə olunan peyklər.

Qalanları kosmik raketlərin qalıqları və digər növ kosmik zibildir.

Bu 500000 rəqəmi yalnız aktiv şəkildə izlənilən obyektləri əhatə edir – və hər gün kosmik fəzaya yeniləri göndərilir.

Texnologiyalar inkişaf etdikcə orbitə yeni obyekt göndərilməsi işi asanlaşır.

Ümumilikdə bu, bizim üçün yaxşı xəbər olsa da, Yer kürəsi üzərində dövr edən bu obyektlərin hamısına nəzarət edən izləyici bir mexanizm yoxdur. Odur ki, qalıq və yararsız obyektlərdən kosmosu təmizləmək üçün hələlik uyğun bir sistem yoxdur.

Bu sahədə fəaliyyət gücləndikcə və kosmik fəzada obyektlərin sayı artdıqca onların toqquşması ehtimalı da artır – demək, xəritə bələdçisi proqramları, mobil telefon rabitəsi və hava müşahidəsi sistemlərin işinin pozulması riski də artır.

Bu problemin həllini tapmaq sahəsində səylər getdikcə artsa da, hələlik müəyyən bir həll yolu təklif olunmayıb.

2. Qum

Biz qumdan onun təbii şəraitdə bərpa olunmasından daha sürətlə istifadə edirik.
Biz qumdan onun təbii şəraitdə bərpa olunmasından daha sürətlə istifadə edirik.

Dünyada ən çox istehsal olunan bərk materiallar qum və çınqıldır.

BMT-nin bildirdiyinə görə, bu materiallardan istifadə olunma sürəti onların təbiətdə bərpasını xeyli üstələyən tərzdə həyata keçirilir.

Min illər boyu eroziya nəticəsində meydana gələn qum hər gün tikinti, meliorasiya, suyun təmizlənməsi və pəncərə və mobil telefon şüşələrinin istehsalında geniş miqyasda istifadə olunur.

Qum itkisi kövrək ekosistemlər üçün təhlükə yaratdıqdan, bu təbii sərvətin intensiv işlənməsini tənzimləmək üçün qlobal nəzarət sistemi tələb olunur.

3. Helium

Helium hava balonları ilə yanaşı tibbi avadanlıqda da istifadə olunur.
Helium hava balonları ilə yanaşı tibbi avadanlıqda da istifadə olunur.

Bayramlarda havaya balonlar buraxmaq ənənəsinin altından xətt çəkməyin vaxtı deyəsən çatıb.

Helium qazı məhdud ehtiyatlara aidddir, yeraltı dərinliklərdən hasil olunur və bu qazın ehtiyatı cəmi bir neçə onilliyə bəs edə bilər.

Bəzi hesablamalara görə, helium qazının qıtlığı 30-50 ildən sonra hiss oluna bilər.

Tibb sahəsində də heliumdan mühüm məqsəd üçün istifadə olunur: maqnit-rezonans tomoqrafiası (MRT) avadanlığında skanerlərin işini təmin edən maqnitlər helium vasitəsiylə soyudulur.

MRT metodu xərçəngin, eləcə də beyin və onurğa sütünun zədələnməsinin diaqnozu və müalicəsində inqilabi üsullardan istifadə etmək imkanı verib.

4. Banan

Gələcəyi banansız təsəvvür edə bilərsiniz?
 Gələcəyi banansız təsəvvür edə bilərsiniz?

Bizim o qədər də uzaq olmayan gələcək distopiyamızda çox sümüklülər yox ola bilər!

Yediyimiz bananların çoxu “Cavendish” adlanan bir növə aiddir və birbaşa bir bitkidən əmələ gəlib.

Bananların hamısı klonlaşdırma məhsulu olduğu üçün bu bitkinin Panama xəstəliyinə sürətlə tutulması riski çox yüksəkdir.

Belə bir hall əslində bundan əvvəl də baş vermişdi; 1950-ci illərdə eyni xəstəlik bütün məhsulu məhv etmişdi, nəticədə, istehsalçılar “Gros Michel” növündən “Cavendish”-ə keçməli oldular.

Alimlər göbələk xəstəliyinə qarşı davamlı və eyni zamanda dadlı olan yeni banan növlərinin yaradılması üzərində işləməkdə davam edirlər.

5. Torpaq

Bitkilər üçün qidalı maddələr torpağın üst qatında əmələ gəlir.
 Bitkilər üçün qidalı maddələr torpağın üst qatında əmələ gəlir.

Qlobal torpaq tədarükümüz qəfildən Yer üzündən yoxa çıxmayacaq, lakin insan tərəfindən bu ehtiyatın istifadəsi düzgün aparılmayıb.

Bitki üçün üçün vacib olan qidanı təmin edən torpağın üst qatıdır.

QHT qurumu olan WWF ümumdünya təbiətin qorunması fondunun məlumatına görə, dünyada son 150 ildə torpağın üst qatının ümumi ehtiyatının təxminən yalnız yarısı qalıb.

Təbii şəraitdə isə 2,5 sm qalınlığında torpağın üst qatının əmələ gəlməsinə 500 il vaxt tələb olunur.

Guman edildiyinə görə, torpaq eroziyası, intensiv əkinçilik, meşələrin qırılması və qlobal istiləşmə, dünya miqyasında qlobal qida istehsalının böyük əksəriyyətinin asılı olduğu torpaq qatının itirilməsinə gətirib çıxara bilər.

6. Fosfor

Fosfor yoxa çıxsa, kibrit dənələrini alışdırmaq mümkün olmayacaq.
 Fosfor yoxa çıxsa, kibrit dənələrini alışdırmaq mümkün olmayacaq.

İlk baxışdan fosforun gündəlik həyatımızda elə də çox işlənmədiyi təəssüratı yarana bilər.

Lakin bu maddə yalnız insan DNT-nin quruluşu üçün bioloji cəhətdən vacib olan bir element deyil, eyni zamanda ondan, kənd təsərrüfatında heç bir əvəzi olmayan zəruri gübrənin istehsalında da istifadə olunur.

Bitki və heyvan qalıqları qismində torpağa qaytarılması əvəzinə, indi fosfor məhsulun tərkibində şəhərlərə gətirilir və son nəticədə kanalizasiya sistemi vasitəsiylə dənizə axıdılır.

Proqnozlara görə, hər şey indiki kimi davam etsə, Yer üzündə fosfor ehtiyatı 35 ildən 400 ilədək çəkə bilər – bundan sonra isə aclıqdan əziyyət çəkəcəyimiz vaxtlar başlaya bilər.