Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra dünyadakı qaynar münaqişə ocaqlarında atəşkəs və sülh yaratmaq missiyası mövqeyindən çıxış etsə də, hələ də arzuladığı nəticəni əldə edə bilməyib, təşəbbüsləri puça çıxıb. Ağ Ev rəhbəri ikinci dəfə prezident seçiləndə bildirmişdi ki, o, hakimiyyətdə olsa idi, Rusiya ilə Ukrayna arasında müharibə olmazdı, ancaq münaqişəni 24 saat ərzində bitirmək iqtidarındadır.
Fəqət bu müddət 100 günə qədər uzandı və sülh müqaviləsi istiqamətində heç bir nəticə əldə edilmədi. ABŞ prezidenti Kəşmir bölgəsində aprelin 22-də baş verən və nəticədə Hindistan və Pakistan arasında növbəti gərginliyə yol açan qanlı hadisənin ardından bu bölgədə də sülhməramlı kimi çıxış etsə də, etinasızlıqla üzləşdi. İslamabad və Yeni Delhi atəşkəsə razılıq versələr də, qarşıdurma passiv fazada olsa belə, hələ də davam edir. Trampın Qəzza zolağında İsrail-HƏMAS münaqişəsinin həlli ilə bağlı etdiyi təklif də uğursuzluğa düçar olub və İsrail ordusu hələ də Qəzzanı bombalamağa davam edir.
Bəs Trampın sülh təşəbbüsləri niyə özünü doğrultmur və puça çıxır?
Siyasi şərhçi Oqtay Qasımov açıqlamasında bildirib ki, Donald Tramp hələ seçki kampaniyasında seçicilərinə vəd vermişdi ki, hakimiyyətə gələcəyi təqdirdə dünyaya sülh gətirəcək və müharibələri dayandıracaq:
