
Prezident Donald Trampın Cənubi Qafqazda bir neçə həftədir davam edən münaqişə barədə susması ABŞ-dakı erməni icmasını narahat edib.
Bir qrup erməni amerikalıların Trampın sükutuna etiraz olaraq Ağ Evin qarşısında toplandığı xatırladılıb və oradakı aksiya iştirakçılarının narazılığı haqqında danışılıb:
“Trampın barışığa çağıran ən azı bir “tweet”i… və bu anda Ermənistanı dəstəkləməkdən belə danışmırıq… Hətta bu belə olmur”, – deyə aksiya iştirakçıları bildirib.
Məqalədə ABŞ prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin möhkəmləndirdiyi vurğulanıb.