Trampın nümayəndəsi Moskvadadır? – Zaxarova cavab verdi

0
15

Hazırda Rusiya ilə ABŞ arasında təmaslar intensiv xarakter daşıyır. Moskva ilə Vaşinqton arasında təmasların səviyyəsi və formatı operativ iş rejimində razılaşdırılır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun Moskvaya səfəri ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Xatırladaq ki, bundan əvvəl “Axios” portalı Vitkoffun Rusiya prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya uçacağını yazıb.

ABŞ Dövlət Departamenti və Ağ Ev hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyiblər, lakin oxşar xəbərlər “Bloomberg” kimi digər Amerika KİV-ləri tərəfindən də yayımlanır.