ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahına hücum etməyə çalışan qadınlardan birinin kimliyi məlum olub.
Bəlli olub ki, insidenti törədən 30 yaşlı opera müğənnisi Hanna Remhilddir. Bildirilir ki, hadisədən əvvəl o, iqamətgah qarşısında qəribə hərəkətlər göstərib, avtomobilin üzərinə çıxaraq rəqs edib. Hücumdan sonra polis onu yaxınlıqdakı moteldə saxlayıb.
Remhildlə birgə olan qadının adı isə açıqlanmır. Ehtimal olunur ki, sənətçi onu Mar-a-Laqodan qayıdarkən yoldan götürüb.
Xatırladaq ki, iki qadın Donald Trampın iqamətgahının mühafizə kortonlarını qıraraq əsas girişə yönəlib. Mühafizəçilər onları yalnız atəş açmaqla dayandıra biliblər.