Trampın hədəsi bu 4 ölkənin liderlərini bir araya gətirdi: Şam yeməyində müzakirə

0
15

Danimarkanın baş naziri Mette Frederiksen Skandinaviya ölkələrinin hökumət başçıları üçün şam yeməyi verib.

Tədbir qeyri-rəsmi olub. Əsas mövzular Trampın Qrenlandiya və yeni dünya nizamı ilə bağlı açıqlamaları olub.

Şam yeməyinə İsveçin baş naziri Ulf Kristersson, Norveçin baş naziri Yonas Qar Styore və Finlandiya prezidenti Aleksander Stubb dəvət olunub.

“Krallığın mesajını təkrar edə bilərəm: Qrenlandiya satılmır və biz, Qrenlandiya istədiyi müddətcə Birliyimizi (Danimarka, Qrenlandiya və Farer adaları) saxlamaq istəyirik. Mən ABŞ-la güclü ittifaqın olması üçün mümkün olan hər şeyi edəcəyəm”, – deyə Mette Frederiksen bildirib.

Baş nazir həmçinin qeyd edib ki, onun hökuməti Vaşinqtonda yeni administrasiya ilə əlaqə saxlayır və onunla Arktika regionunda təhlükəsizlik məsələlərini müzakirə edir.

“Danimarka yaxşı müttəfiq olub və belə qalmaq niyyətindəyik”, – Frederiksen əlavə edib.

O bildirib ki, yaxın gələcəkdə digər ölkələrin liderləri ilə də danışmaq niyyətindədir.