“Evdə tək” və “Evdə tək 2” filmlərində rol alan aktyor Makoley Kalkin ABŞ-ın hazırkı Prezidenti Donald Trampın çəkildiyi “Evdə tək-2” filmində yer alan səhnəsinin çıxarılması ilə bağlı təklifi dəstəkləyib.
Tvitter sosial şəbəkəsində istifadəçilərdən biri Trampın filmdə rol aldığı otel lobisindəki səhnədən çıxarılaraq redaktə edilmiş versiyanı yerləşdirib.
Kalkin bu təşəbbüsü “Bravo!”, – deyə şərh edib. Bundan əlavə, aktyor “Evdə tək 2″də Trampın 40 yaşlı Makoley Kalkin ilə əvəzlənməsi üçün edilən petisiya çağırışını da dəstəkləyib.