Trampı qərarından döndərən səbəb açıqlanmadı

0
699

ABŞ Çin mallarına yeni rüsumlar tətbiq etməməyə hazırdır.

Bu barədə Birləşmiş Ştatların Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında G20 sammiti çərçivəsində keçirilmiş görüşün yekunları üzrə yayılan məlumatda deyilir.

İki lider arasında görüş 80 dəqiqə davam edib.

ABŞ tərəfi bildirib ki, bundan sonra Çin mallarının idxalına yeni rüsumlar tətbiq etməyəcəklər.

Qeyd olunur ki, iki ölkənin ticarət üzrə nümayəndə heyətləri gələcəkdə daha konkret məsələləri müzakirə edəcəklər.