Trampdan Zelenski ilə bağlı yeni SƏRT AÇIQLAMA

0
12

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyətinə şübhə etdiyini bildirib.

“Əgər Co Bayden səlahiyyətli olsaydı, səlahiyyətli olsaydı və onun olduğuna əmin deyiləm… Bu müharibə baş verməməli idi”, – Tramp deyib.

Bir gün əvvəl Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya ilə “beş əraziyə aid olan” sülh sazişinin yaxın olduğuna dair bəyanatını şərh edərkən, Vitkoffun səlahiyyətindən kənar məsələləri müzakirə etdiyini söyləyib.

Stiv Vitkoff “Fox News”a deyib ki, Ukrayna üzrə sülh sazişinin açarı beş ərazinin mülkiyyət məsələsindədir, lakin bununla məhdudlaşmır. O, vəziyyəti mürəkkəb adlandıraraq, bunun kökündə Rusiya və Ukrayna arasında həll edilməli olan “real məsələlərdə” dayandığını deyib.

Trampın xüsusi nümayəndəsi konkret olaraq hansı əraziləri nəzərdə tutduğunu açıqlamayıb. Çox güman ki, söhbət Krım, DXR və LPR, eləcə də referendumlar nəticəsində Rusiya Federasiyasının tərkibinə daxil olan Zaporijjya və Xerson vilayətlərindən gedir.