Trampdan Çinə CAVAB

0
590

Oktyabrın 1-dən etibarən ABŞ 250 milyard dollarlıq Çin mallarına olan rüsumu nəzərdə tutulduğu kimi 25 deyil, 30% artıracaq.

Bu barədə Donald Tramp özünün “Twitter” hesabında yazıb.

Amerikalı lider, həmçinin bildirib ki, sentyabrın 1-dən Çindən idxal edilən 300 milyard dollar həcmində olan mallara qoyulan rüsum 10 deyil, 15 % artırılacaq.

“Çin 75 milyard  dollarlıq (həcmində) mallara yeni tariflər tətbiq etməməli idi”, – deyəTramp yazıb.

Xatırladaq ki, Pekin 75 milyard dollarlıq Amerika idxalına 5 və 10 % əlavə cavab rüsumlarının tətbiqini elan etmişdi. Onlar ABŞ-ın yeni sanksiyaları ilə eyni vaxtda – 1 sentyabr və 15 dekabrda qüvvəyə minəcək.