“Mən bu axmağı dinləsəydim, hazırda Beşinci Dünya müharibəsində idik”.
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton barədə danışarkən belə deyib.
Dövlət başçısı noyabrın 3-nə planlaşdırılan prezident seçkilərinin ölkə tarixində önəmini vurğulayarkən bildirib ki, əgər Demokratların namizədi Co Bayden qalib gəlsə, o özünü tarixin ən pis namizədinə məğlub olmuş hesab edəcək.