Trampdan ABŞ ordusu ilə bağlı mühüm ADDIM: Pentaqona ilk dəfə bu qədər vəsait ayrılır

0
33

ABŞ Müdafiə Nazirliyi üçün qarşıdan gələn büdcə ilk dəfə olaraq trilyon dollar olacaq.

Bu barədə məlumatı Pentaqon katibi Pit Heqset bildirib.

“Tezliklə ABŞ Müdafiə Nazirliyi üçün ilk trilyon dollarlıq büdcə. Prezident Donald Tramp ordumuzu yenidən və sürətlə qurur”, – Heqset “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Trampın sözlərinə Heqset belə cavab verib: “Amerika lideri bir trilyon dollar “daxilində” “faktiki olaraq təsdiqlənmiş” büdcəni açıqladı”.

O, həmçinin bildirib ki, bu, ordu üçün indiyə qədər qəbul edilən “ən böyük” büdcə olacaq.

Xatırladaq ki, Tramp bu məbləğin təkcə Pentaqona, yoxsa digər qurumların da daxil olduğu ümumi milli müdafiə büdcəsi üçün nəzərdə tutulduğunu dəqiqləşdirməyib.