Konqresin Nümayəndələr Palatasında ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinin səbəblərini araşdırmaq üçün işçi qrup yaradılıb.
Bu barədə qanunverici orqanın aşağı palatasının spikeri Mayk Conson “X” sosial şəbəkəsində bildirib.
“Bu gün mən prezident Trampa sui-qəsd cəhdini araşdırmaq üçün Nümayəndələr Palatasının İşçi Qrupunun yaradıldığını elan edirəm”, – deyə M.Conson bildirib.
Onun sözlərinə görə, respublikaçının niyə təhlükəsizliyin təmin edilməsində kobud səhvlərə yol verdiyi sualına cavab almaq lazımdır.