Tramp Zelenskini yenə də Ağ Evə dəvət edəcək

0
10

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini yenidən Ağ Evə dəvət edəcək.

Tramp mediaya ABŞ və Ukrayna arasında son danışıqları dəyərləndirib.

“Ukrayna bu razılaşmanı qəbul etdi və ümid edirəm ki, Rusiya da qəbul edəcək. Ümid edirik ki, razılığa gələ bilərik”, – deyə o bildirib.

Ukrayna prezidenti Zelenskinin yenidən Ağ Evə dəvət edilib-edilməyəcəyi ilə bağlı suala isə Tramp “Bəli, mütləq” cavabını verib.